Montrö Caz Festivalı hər ilin iyulu İsveçrənin Montrö şəhərində Cenevrə gölü sahilində təşkil olunur. 1967-ci ildən bəri bu kiçik şəhər hər yay canlanır və böyük turist axınına məruz qalır. Festival təkcə caz musiqisindən ibarət deyil – Pink Floyd kimi proqressiv rok qruplarından tutmuş Ice-T kimi reperlərəcən yüzlərlə musiqiçi bu səhnəni paylaşıblar.
Ötən həftə, iyulun 4-ü isə İsfar Sarabski Montreux Caz Festivalında tunisli ud ifaçısı və caz müğənnisi Dafer Yusiflə birgə çıxış edib. Ümumi festivalda isə dəfələrlə çıxış edib və ilk dəfə 2009-cu ildə qalib olub.